İsmayıllı rayon İcra hakimiyyətinin İnternet saytına xoş gəlmisiniz!

İsmayıllı respublikamızın dilbər guşələrindən biridir. Azərbaycan təbiətinə xas olan bütün xüsusiyyətlər bu gözəl məkanda toplanmışdır. Rayon ərazisinin zəngin tarixi keçmişi vardır. Burada olan tarixi abidələr və keçmişimizə aid tapılan çox saylı maddi-mədəniyyət nümunələri İsmayıllının Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Rayonumuzda müxtəlif millətlərdən olan 80 000-dək insan yaşayır. Bura həqiqətən çalışqan və mehriban insanların məskənidir. Onlar əsrlərdən bəridir bu torpaqda birgə yaşayır və yaradırlar.

Bu saytın hazırlanmasında məqsədimiz rayonumuzu sizlərə tanıtmaq və uğurlarımızla bölüşməkdir. Ümid edirik ki, İsmayıllı rayonunun İnternet saytı sizin üçün maraqlı olacaq, bu qədim və gözəl məkanı daha yaxından tanımağınıza kömək edəcək.

Nizami Ələkbərov

İcra Hakimiyyətinin Başçısı

İsmayıllı dünən və bu gün

 

XƏBƏRLƏR

2010-08-30

İsmayıllı rayon Gənclər və İdman idarəsi 30 avqust 2010-cu il tarixində yeniyetmələr, gənclər və kişilər arasında “Armrestlinq” üzrə rayon birinciliyi keçirilmişdir.

... Davamı

2010-08-27

27.08.2010-cu il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Heydər Əliyev adına parkda yerləşən Gənclər Mərkəzinin akt zalında idarə, müəssisə, təşkilat və bələdiyyələrdə çalışan nümayəndə-təlimatçılarla “2010-cu ilin II yarsında Dövlət Gənclər və İdman siyasətinin həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilmişdir.

... Davamı

arxiv

Vətəndaşların müraciətləri

 
Mövzu *
Kimdən *
Əlaqə *
E-poçt *
Sual: *
QEYD: * işarəsi olan xanaların doldurulması mütləqdir.
Əlavə et
Cavablara bax

TARİXİN YADİGARI

Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı ərazisində tariximizin qədim dövrlərinin izləri qalmaqdadır. Rayonun ərazisində olan yurd yerlərindən tapılan daş alətlər-daş çapacaqlar, bıçaqlar, nizə ucluqları, ox ucluqları, məişət əşyaları bu ərazidə hələ daş dövründə insanların yaşadıqlarını sübut edir.

TURİZM VƏ İSTİRAHƏT

İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi 3629 m, Əsəddağ 3471 m, Qaraburğa 3345 m, Şahnəzərdağ 2874 m və Qəmçə dağı 2139 m-dir.

REGİON

İsmayıllı rayonu inzibati rayon kimi 1931-ci ilin noyabr ayında təşkil olunmuşdur. Sahəsi 2074 km2-dir. Rayon 40035' və 41005' şimal enliyi, 47045' və 48030' şərq uzunluqları arasında yerləşir. Əhalisi 75017 nəfərdir (01.01.2002). Tərkibinə 1 şəhər (İsmayıllı şəhəri), 2 şəhər tipli qəsəbə (Lahıc, Basqal) və 106 kənd daxildir. Rayon mərkəzi olan İsmayıllı şəhəri 14 yanvar 1967-ci ildə şəhər statusu almışdır (40047' şimal enliyi, 48010' şərq uzunluğu). Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu 6 inzibati rayonla həmsərhəddir. Şimaldan Quba rayonu, şimal-şərqdən Şamaxı rayonu, cənub-şərqdən Ağsu rayonu, cənubdan Kürdəmir rayonu, cənub-qərbdən Göyçay rayonu, qərbdən və şimal-qərbdən isə Qəbələ rayonları ilə əhatələnib.

MEQA şirkətinin istehsalı