“QAYA” istirahət kompleksi

“Qaya” istirahət kompleksi Qaraqaya kəndindən 1 km məsafədə yerləşir. Çox əlverişli mövqedə yerləşdiyi üçün turizm, gəzinti və istirahət üçün gözəl imkanlar yaradır. Müasir üslubda inşa edilmiş 1 mərtəbəli koteclərdə və 4 mərtəbəli mehmanxanada hər növ imkanlar var. Burada biznes, banket, toy məclislərinin keçirilməsi, eləcə də istirahət və əyləncə xarakterli səfərə çıxmış insanlar üçün bütün növ rahatlıqlar yaradılmışdır. Kompleks meşə ərazisində yerləşir. Yaxınlıqda olan, açıq səma altında muzeyi xatırladan qədim Lahıc qəsəbəsi həmişə turistlərin marağına səbəb olur.

Nömrələr və şərait:

3 otaqlı koteclər (8 ədəd)
-
 yataq otağı (2 ədəd)
- qonaq otağı
- isti və soyuq su
- televizor
- kabel televiziyası
- elektrik çaydanı
- hamam və mini mətbəx
- daimi isitmə sistemi

2 otaqlı lüks nömrələr (mehmanxanada)
-
 yataq otağı
- qonaq otağı
- isti və soyuq su
- televizor
- kabel televiziyası
- elektrik çaydanı
- hamam
- daimi isitmə sistemi

1 otaqlı lüks nömrələr (mehmanxanada)
- yataq otağı
- isti və soyuq su
- televizor
- kabel televiziyası
- hamam
- daimi isitmə sistemi

Əlavə imkanlar və digər xidmətlər:
- restoran
- diskoteka
- bar
- konfrans zalı
- sauna
- 24 saat mühafizə
- bilyard
- idman zalı
- stolüstü tennis
- milli xörəklər

 
Yerləşdiyi yerin üstünlükləri:
- Rayon mərkəzinə yaxındır – 16 km
- ərazidə süni yaradılmış göl var. Yaxınlıqda bulaq mövcuddur

Qadağalar:
- nömrələrə isti xörəklər verilmir
- saat 2200-dan sonra nömrədə yüksək səslə televizora baxmaq və musiqiyə qulaq asmaq olmaz.
- Kompleksə heyvanlarla gəlmək olmaz

Ərazidəki əyləncə və istirahət yerləri:
- Futbol meydançası
- Balıq tutmaq üçün göl
- Girdiman çayı

Kompleksə necə gəlmək olar:
Rayon mərkəzindən minik avtomobili ilə təqribən 20 dəqiqəlik yolda yerləşir. İsmayıllı-Lahıc marşrutu ilə işləyən avtobus kompleksin yanından keçir.

Nömrə bronlamaq üçün administrasiya ilə əvvəlcədən əlaqə saxlamaq lazımdır.

Ünvan:
İsmayıllı rayonu, Qaraqaya kəndi

Əlaqə telefonları:
 (0-50) 225-80-90
 (0-55) 215-80-90
 (0) 178 4 92 86

       

       

       

       
 


MEQA şirkətinin istehsalı