İsmayıllı rayonunun ərazisində tarixi-etnoqrafik baxımdan zəngin, orta əsr şəhərlərinin bəzi xüsusiyyətlərini, qədim mədəniyyət, sənətkarlıq irsini bu günə qədər mühafizə edən neçə-neçə yaşayış məntəqələrindən biri də Basqaldır. Şirvanın ən səfalı, zəngin təbiətə malik sahəsində yerləşən Basqal qəsəbəsi xalqımızın tarixi adət-ənənələrini bu günə qədər yaşatmışdır.