İsmayıllı rayonunun Tubukənd, Vəng və Kürdmaşı kəndləri ərazisində Xocalıdan məcburi köçkün düşmüş 16 ailəni təmsil edən 54 nəfər soydaşımız müvəqqəti məskunlaşıb. Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-nin konfrans zalında Xocalıdan olan ailə başçıları ilə görüşüb.
İsmayıllı şəhər 3 saylı məktəb - liseydə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. “Ana dilim varlığımdır” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.
13-19 fevral 2019-cu il tarixlərdə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Uşaq Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.
İlk qar yağan gün-yol-istismar sahəsinin nəqliyyatın hərəkəti üçün normal şərait yaratdığı zamanda rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qalacıq kənd sakinləri ilə görüş-qəbul keçirib.
15 fevral 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətinin İsmayıllı şəhər Mədəniyyət Mərkəzində “Rayonun 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Mədəniyyət Mərkəzinin foyesindəki sərgiyə baxış keçirilib.
15.02.2019-cu il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi Ictimai Birliyinin “Regionlarda adət və ənənələrin gənclər arasında təbliği” adlı layihəsinin icrası təmin edilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti SHXÇ üzrə Dövlət xidmətinin yaranmasının yeddinci ildönümü ilə əlaqədar rayon şöbəsinin bütün əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, tədbir daha sonra RİH-nin konfrans zalında davam etdirilib.
12 fevral 2019-cu il tarixdə İ.Həsənov adına şəhər 1 saylı tam orta məktəbində İsmayıllı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Narkomaniya əsrin bəlası" mövzusunda maarifləndirici tədbir keçirilib.
8-9-10 fevral 2019- cu il tarixlərdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşlığı ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən "Region gəncləri üçün qış düşərgəsi" layihəsi çərçivəsində düşərgə həyata keçirilmişdir.