İcra Hakimiyyəti

 İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov

Ələkbərov Nizami Həsən oğlu 2 iyun 1952-ci ildə Tovuz şəhərində  anadan  olub.

Təhsili:
1973 - cü ildə Azərbaycan Xalq Təsərrüfatı institutunu bitirib.

İş təcrübəsi:
1973 - Şəki ipək istehsalat birliyində mühasib
1976 - Birliyin boya tamamlama istehsalatının böyük mühasibi
1981 – Şəki rayon icraiyyə komitəsində sədr müavini
1982 - Rayon Sovetinin deputatı, Şəki rayon xalq məhkəməsinin xalq iclasçısı
1983 – Azərbaycan SSSR Ədliyyə Nazirliyi sistemində kadrlar şöbəsinin rəis müavini
1986 - Nazirliyin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması İdarəsinin baş məsləhətçisi 
1986 - Baki şəhəri Oktyabr rayon xalq məhkəməsində stajçı
1987 - ci ildən 1993-cü ilə kimi Bakı şəhəri Yasamal rayonunun xalq hakimi
1993 - 1994 “İmprotex  Holdinq Qrup” şirkətinin vitse-prezidenti
1994 - 1995 “Imair” avia şirkətinin icraçı direktoru
1995 - 2000 Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2001 - 2006 “İmprotex” şirkətinin vitse-prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 sentyabr 2006-cı il tarixli sərəncamı ilə İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı təyin edilmişdir.

Ailəlidir, 3 övladı var.
MEQA şirkətinin istehsalı