Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • RİH-nin başçısı Mirdaməd Sadıqov Basqalda g...

    RİH-nin başçısı Mirdaməd Sadıqov Basqalda görüş - qəbul keçirib.

    2017-11-22

    İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayonun müasir inkişafını təmin etmək, keçmişini aramaq, tarixi, etnoqrafiq, qədim memarlıq və arxeoloji abidələrini qorumaq üçün səmərəli layihələr həyata keçirir. Bu baxımdan hər bir yaşayış məntəqəsinə, xüsusilə Basqal və Lahıc qəsəbələrinə, İvanovka və Qalacıq kəndlərinə diqqətlə yanaşır. Tez-tez yerlərdə olur, problemləri öyrənir, müvafiq icra yollarını müəyyənləşdirir. Basqal qəsəbəsində keçirilən növbəti görüş - qəbul da bu məqsədi daşıyırdı.

  • İsmayıllıda Ədliyyə işçilərinin peşə bay...

    İsmayıllıda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilib

    2017-11-22

    Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə İsmayıllıda təntənəli tədbir keçirilib. Ədliyyə işçiləri rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərləri ilə birgə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

  • “Vətənpərvərliyin inkişafında oxu mədəni...

    “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” mövzusunda tədbir keçirilib

    2017-11-22

    Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 10-cu qrant müsabiqəsində C kateqoriyası üzrə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” adlı layihənin qalibi olmuş Samir Pənəliyevin növbəti tədbiri Rayon Uşaq Kitabxanasının zalında keçirilib.

  • Maarifləndirici tədbir keçirilib

    Maarifləndirici tədbir keçirilib

    2017-11-22

    22 noyabr 2017-ci il tarixdə şəhər 5 saylı tam orta məktəbində məktəbin şagird kollektivi üçün 20 noyabr Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

  • İsmayıllıda ağac əkmə kompaniyasına start v...

    İsmayıllıda ağac əkmə kompaniyasına start verilib

    2017-11-21

    21 noyabr 2017-ci il taixdə YAP İsmayıllı rayon təşkilatı və İsmayıllı Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsi Yeni Azərbyaycan Partiyasının təhsis edilməsinin 25 illiyi ilə əlaqədar “Hərəyə bir ağac əkək” dezizi altında ağac əkmə kompaniyasına start verilib.

  • Aşıq Yanvarla növbəti görüş keçirilib.

    Aşıq Yanvarla növbəti görüş keçirilib.

    2017-11-21

    Tanınmış sənətkar Aşıq Yanvar Bədəlovun 75 yaşı tamam olur. Azərbaycan aşıq sənətinin inkişafı və təbliğində böyük xidmətləri olan Əməkdar mədəniyyət işçisinin yubiley tədbirinin keçirilməsi üçün RİH başçısı sərəncam verib. Sərəncama uyğun olaraq yerlərdə ustad aşıqla görüşlər keçirilir, onun sənət dünyası ilə pərəstişkarları daha yaxından tanış olurlar.

  • YAP İsmayıllı rayon təşkilatının IX konfran...

    YAP İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib.

    2017-11-18

    Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının IX konfransı keçirilib. Konfransdan əvvəl qonaqlar və konfrans nümayəndələri İsmayıllı rayonun mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

  • “Ölkəmizi tanıyaq”  Tur-aksiya iştirakçı...

    “Ölkəmizi tanıyaq” Tur-aksiya iştirakçıları yola salındı

    2017-11-16

    Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın səkkizinci mərhələsinə start verilib.

  • Qalagah kəndində əhalinin sığortaya cəlb olu...

    Qalagah kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar müşavirə keçirilib.

    2017-11-16

    16 noyabr 2017-ci il tarixdə Qalagah kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarın keçirilib.

  • Tur-aksiya iştirakçıları ilə görüş keçiri...

    Tur-aksiya iştirakçıları ilə görüş keçirilib

    2017-11-14

    Noyabrın 14-də Tur-aksiyada iştirak edəcək şagirdlərlə İsmayıllı Rayon İcra Hakimiyyətində görüş keçirilib. Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik, vətənsevərlik tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

  • “Muğan Bank”ın İsmayıllı filialının yen...

    “Muğan Bank”ın İsmayıllı filialının yeni binası istifadəyə verilib.

    2017-11-13

    “Muğan Bank”ın İsmayıllı filialının yeni binasının açılışı olub. Təntənəli tədbiri “Muğan Bank”ın müşahidə şurasının üzvü Şaiq Əkbərov açıb. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov yenilik münasibətilə bank işçilərini və rəhbərliyini təbrik edib, “Muğan Bank”ın filialının İsmayıllının maliyyə, kredit və investisiya mühitində tutduğu müsbət mövqedən danışıb.

  • Kamil Qafarov altıncı dəfə dünya çempionu ol...

    Kamil Qafarov altıncı dəfə dünya çempionu oldu

    2017-11-11

    02-05 noyabr 2017-ci il tarixlərdə Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə növbəti dünya çempionatı keçirilib.Azərbaycan yığma komandasının tərkibində yarışa yollanan İsmayıllı idmançısı Kamil Qafarov çempionatda “bench press” - ştanqı sinədən qaldırma hərəkətində gücünü sınayıb. Çəkisi 90 kiloqramadək olan idmançıların mübarizəsində 240 kiloqram nəticə ilə I yeri tutaraq bütün rəqiblərini geridə qoyub, altıncı dəfə dünya çempionu adını qazanıb.

  • “İrəli” İctimai Birliyi İsmayıllıda İnt...

    “İrəli” İctimai Birliyi İsmayıllıda İntelektual mövzularda tədbir keçirib.

    2017-11-11

    11 noyabr 2017-ci il tarixdə İsmayıllı “Gənclər Mərkəzində” “İrəli” İctimai Birliyi ilə Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi “Azərbaycanın İntelektual Birincisi” layihəsi çərçivəsində “Nə? Harda? Nə zaman?”, “Xəmsə”, “Vətəni Tanı” və “Axtar Tap” intelektual mövzularında RİH-nin, RGİİ-nin, QHT-nin nümayəndələrinin və İsmayıllı, Ağsu, Qobustan rayonlarını təmsil edən 60 nəfər gəncin iştirakı ilə yarış keçirilib.

  • Uşaq hüquqlarına həsr olunmuş tədbir keçiri...

    Uşaq hüquqlarına həsr olunmuş tədbir keçirilib.

    2017-11-10

    10 noyabr 2017-ci il taixdə “ Uşaq hüquqları aylığı” çərçivəsində rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları ilə “Hüquqlarımızı öyrənək ki qoruyaq” “Uşaq hüquqlarının qorunması və müdafiəsi mövzusunda tədbir keçirilib

  • İsmayıllıda Dövlət Bayrağı günü və Konst...

    İsmayıllıda Dövlət Bayrağı günü və Konstitusiya günü birgə tədbirlə qeyd olunub.

    2017-11-08

    Noyabrın 8-də İsmayıllıda Dövlət Bayrağı günü və Konstitusiya gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi ilə başlayıb. Qeyd olunub ki, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki,onun inkişafı, yeniləşməsi, milli maraqlar üzərində qurulması, müasirləşməsi ümummilli lider Heydər Əliyevin şərəfli adı ilə bağlı olmasın. Konstitusiyanın qəbulu da, 70 ildən sonra müstəqil Dövlətimizin Bayrağının yenidən qaldırılması da ulu öndərin tarixi xidmətləridir.

  • Bayraq Gününə həsr olunmuş tədbir keçirilib...

    Bayraq Gününə həsr olunmuş tədbir keçirilib.

    2017-11-07

    6 noyabr 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdləri 9 Noyabr - Bayraq Gününə həsr olunmuş kompozisiya nümayişi etdirib. Kompozisiyada Dövlət Bayrağına hörmət və məhəbbət hissləri, “Bir dəfə yüksələn bayrağın bir daha enməyəcəyi”, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğu ifadə olunub.

  • Əhalinin sığortaya cəlb olunması istiqamətin...

    Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

    2017-11-07

    6 noyabr 2017-ci il tarixdə Hacıhətəmli kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminar keçirilib.

  • “Vətəndaş Cəmiyyətində Debat” İctimai B...

    “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tədbir keçirib.

    2017-11-07

    07 noyabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “İsmayıllı Gəncləri Regional Debat Forumu: Gənclər Kuboku 2017” layihəsi çərçivəsində “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Dövlət Humanitar və Texnologiya Kollecinin iştirakı ilə təlim keçirib.

  • İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıq...

    İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Gəraybəylidə qəbul keçirib

    2017-11-07

    7 noyabr 2017-ci il tarixdə Gəraybəyli İƏD üzrə nümayəndəlikdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul keçirib. Nümayəndəliyin tərkibində olan Xəlilli, Eyyubbəyli və Gəraybəyli kəndlərinin sakinləri öz arzu və təkliflərini bildirmək üçün qəbula gəlmişdilər. Sosial məsələlərin uğurla həll olunduğu bu ərazidə şikayət xarakterli fikir eşidilmədi. Təklif olundu ki, yeni məktəb tikintisi barədə aid nazirlik qarşısında məsələ qaldırılsın, torpaqların qrunt sularından təmizlənməsi, klubun təmir olunması, Eyyubbəyli kəndində yeni transformator quraşdırılması ilə əlaqədar müvafiq təşkilatlara tapşırıqlar verilsin.

  • “Xəmsə” Milli İntellektual Oyunu üzrə Az...

    “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının rayon seçim turu keçirilib

    2017-11-04

    03 noyabr 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “9 noyabr Bayraq günü”ə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının rayon seçim turu keçirilib.

  • “Dəyirmi masa” keçirilib

    “Dəyirmi masa” keçirilib

    2017-11-03

    03 noyabr 2017-ci il tarixdə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək bazarının social-iqtisadi inkişafı templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexaniziminin müasir səviyyədə qurulması” mövzusunada rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, Həmkarlar təşkilatlarının nümayəndələrinin, Yerli Əlaqələndirmə Komitəsi üzvlərinin və sahibkarların iştirakı ilə “Dəyirmi masa” keçirilib.

  • Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni ...

    Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib

    2017-11-02

    02 noyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası” və “İxrac sahəsində güzəştlərin tətbiq edilməsi” mövzusunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib.

  • Kənd təsərrüfatı işçilərinin peşə bayram...

    Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

    2017-11-01

    Qala şadlıq sarayında rayonun fermerlərinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, Nikitin adına kolxozun nümayəndələrinin, aidiyyəti qurumların, mütəxəssislərin, istehsal və emal müəssisələri işcilərinin iştirakı ilə kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb.

  • “Sağlam ailə gələcəyin təminatıdır” m...

    “Sağlam ailə gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.

    2017-10-31

    Oktyabrın 30-da “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai birliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Sağlam ailə gələcəyin təminatıdır” mövzusunda tədbir keçirib.

  • İsveçrə səfiri İsmayıllıda

    İsveçrə səfiri İsmayıllıda

    2017-10-31

    Okryabrın 31-də İsveçrənin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Filipp Ştalder İsmayıllı rayonunda səfərdə olub.

əvvəlki [10] növbəti