Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı işçiləri günü münasibətilə bayram tədbiri keçirildi

31 oktyabr 2015 | 16:00

Rayon Mədəniyyət Sarayında rayonun fermerlərinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, Nikitin adına kolxozun nümayəndələrinin, aidiyyəti qurumların, mütəxəssislərin, istehsal və emal müəssisələri işçilərinin iştirakı ilə kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş bayram tədbiri keçirildi. İlk öncə iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüldü.
Tədbirin əvvəlində rayonda 2015-ci ildə kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər - kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi, aqrar sahədə qazanılan uğurlar və bu istiqamətdə aparılan digər tədbirlər barədə videofilm nümayiş etdirildi.
Sonra Nikitin adına kolxozun sədri Vasili Novoselçev, süni mayalama texniki Valeh Hüseynov və başqaları rayonumuzun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə gördükləri işlər barədə çıxış etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov cari ildə rayonun kənd zəhmətkeşlərinin qazandığı uğurları, xüsusilə rayon tarixində ilk dəfə olaraq dəmyə şəraitdə 104 min tondan artıq taxıl istehsal edildiyini, hektarın məhsuldarlığının 36.6 sntnerə çatdırıldığını qeyd edərək, kənd təsərrüfatının bütün sahələrində rayonumuzda cari ildə məhsul istehsalının artdığını qeyd etdi.
Sonra qabaqcıl kənd təsərrüfatı işçilərinə RİH başçısı cənab Mirdaməd Sadıqovun adından təşəkkürnamələr və pul mükafatları təqdim olundu.
Tədbirin gedişində rayon Mədəniyyət sarayının musiqiçiləri kənd əməkçilərinə həsr olunmuş nəğmələrlə çıxış etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə rayon fermerləri adından müraciət qəbul edildi.

Keçidlər