Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət bayrağı günü qeyd edildi.

06 noyabr 2015 | 16:00

6 noyabr 2015-ci il tarixdə Dövlət Bayrağı günü münasibəti ilə ümumrayon tədbiri  keçirildi. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik qazandıqdan sonra üçrəngli bayrağı ilk olaraq Dövlət Bayrağı kimi qəbul edən ulu öndərə bayram iştirakçıları dərin ehtiramlarını bildirdilər.  Əvvəlcə hərbçilər əllərində böyük ölçülü Dövlət Bayrağı ilə musiqi sədaları altında meydana daxil oldular, Şəhər 1 saylı tam orta  məktəbin xor kollektivinin ifasında Dövlət Himni səsləndi. Tədbirdə iştirak edən  rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları bayram münasibətilə təbrik etdi. Azərbaycan Bayrağının keçdiyi şanlı tarixi yoldan danışaraq qeyd etdi ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı üç dəfə, tərtib edilmişdir. Nəhayət, 1991-ci ilin fevralın 5-də isə Müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq qəbul edilmişdir.
Bayrağa, dövlətə, orduya, həsr olunmuş  şerlər deyildi, mahnılar oxundu, marşlar səsləndi. 1 saylı körpələr evi uşaq bağçasının fidanları şeirlər söylədilər. Hərbi geyimli 100-ə qədər yuxarı sinif şagirdi yiyələndikləri hərbi bacarıq və vərdişləri, gənc rəssamlar dövlət simvollarının üzərində işləməklə yaradıcılıq imkanlarını nümayiş etdirdilər.

Keçidlər