Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “Bayraq günü”nə həsr olunmuş tədbir

07 noyabr 2015 | 16:00

7 noyabr 2015-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “Bayraq günü”nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov da iştirak etmişdir. Tədbir dövlət himninin oxunması ilə başlandı.Tədbiri məktəbin direktoru Qalib Bəşirov giriş sözü ilə açdı və hər kəsi salamladı. Bayraq gününün tarixindən məlumat verən direktor müəllim və şagirdləri bayram münasibətilə təbrik etdi. Çıxış edən tarix müəllimi Aybəniz Əsədova dövlət atributlarının, o cümlədən dövlət bayrağımızın tarixindən bəhs edən geniş məruzə ilə çıxış etdi. Çıxış edən Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri X.Abbasov demokratik, hüquqi dövlət olan Azərbaycanın dünya arenasında danılmaz mövqeyindən, siyasi uğurlarından danışdı və bayrağımızın dünyanın aparıcı dövlətlərinin bayraqları sırasında dalğalanmasından qürur duyduğunu söylədi və bu bayram münasibətilə həm müəllim heyətini, həm də məktəbin şagirdlərini təbrik etdi. Sonra məktəbin fəal şagirdləri bayrağa həsr olunmuş müxtəlif şerlər və mahnılar söylədi.

Keçidlər