Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin Müdafiəsinə Hazıram” çöxnövçülüyü üzrə rayon birinciliyi keşirilib.

10 noyabr 2015 | 16:00

İsmayıllı rayon Gənclər və İdman idarəsinin perespektiv iş planına uyğun olaraq İsmayıllı şəhər 6 saylı tam orta məktəbin idman bazasında payız çağırışına həsr olunmuş “Vətənin Müdafiəsinə Hazıram” poliotlon çoxnövçülüyü  üzrə rayon birinciliyi keçirmişdir.
Rayonumuzun tam orta məktəblərindən 18 komanda yarışda iştirak edirdi. Yarışa ciddi hazırlaşan komandalar birinci olmaq uğrunda gərgin mübarizə aparırdılar.Yarışın əsas mahiyyəti  Vətənin Müdafiəsinə Hazıram poliotlon çoxnövçülüyünün  payiz çağirişına həsr olunmuş zona birinciliyində iştirak etmək üçün rayon komandasına istedadlı gənclərin cəlb olunması idi.
Sonda  İstusu kənd tam orta məktəbi  l-ci yerə, Diyallı kənd tam orta məktəbi ll yerə və Şəhər 3 saylı tam orta məktəb-liseyin komandası isə lll-cü yerə layiq görüldü..Hər üç yeri tutan komandalar  İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplomları ilə təltif edildilər.

Keçidlər