Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacəkmə aksiyası keçirildi

27 noyabr 2015 | 16:00

Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin həyata keçirdiyi yaşıllaşdırma marafonu çərçivəsində 27 noyabr 2015-ci il tarixdə rayonumuzda ağacəkmə aksiyası keçirildi. Aksiya İsmayıllı rayonunun yaradılmasının 84-cü ildönümü gününə təsadüf etdi.
Tədbirdə rayonun idarə və təşkilatlarından 200 nəfərdən artıq adam iştirak etdi. Ekoloji mühitin daha da sağlamlaşdırılmasında xüsusi əhəmiyyət daşıyan aksiyada müxtəlif ağac – xüsusilə akasiya, ağcaqayın, lapan və digər cinslərdən ibarət 1500-dən artıq ting əkildi.
Ağaclar aqrotexniki qaydalara uyğun əkilməklə yanaşı onların suvarılması, eləcə də əkilən massivin ətrafının tikanlı məftillərlə hasarlanması həyata keçirildi.

Keçidlər