Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Cüdo üzrə açıq rayon birinciliyi

07 dekabr 2015 | 16:00

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə  idman tədbirləri həyata keçirilir.
Belə tədbirlərin daha genişmiqyaslısı  06 oktyabr  2015-ci il  tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində  cüdo üzrə açıq rayon birinciliyi  olub.
Rayon gənclər və idman idarəsinin OİK-nin və “Gənclər-Antinarkominya” İctimai  birliyinin təşkilatçılığı  ilə keçirlən  birincilikdə  8 rayonun  komandası  iştirak edib.
Açılışda Cüdo üzrə məşqçi  Əkbər Şəfaqətov, Gİİ-nin rəisi Taleh Salehov , OİK-nin direktoru Tofiq Hümbətov,RİH-nin baş məsləhətçisi Rövşən Yəhyayev çıxış edərək Ulu öndərin gənclərə, idmanın  inkişafına  göstərdiyi qayğıdan, Azərbaycanı beynəlxalq miqyasda söz sahibi etməsindən, dövlət  idman siyasətinin bugünkü nailiyyətlərindən danışıblar.
Gərgin keçən yarışın nəticəsi olaraq  İsmayıllı komandası  birinci, Qəbələ  komandası ikinci, Mingəçevir komandası üçüncü yeri tutmuşdur.
Digər idman növləri üzrə də xatirə turnirləri davam edir.

Keçidlər