Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Yaradıcılıq Mərkəzində Ulu öndərin anım günü münasibətilə tədbir keçirilib

11 dekabr 2015 | 16:00

11 dekabr 2015-ci il tarixdə İsmayıllı Rayon Təhsil şöbəsi Uşaq Yaradıcılıq Mərkəzində Ulu öndərin anım günü münasibətilə tədbir keçirib.
Öncə  Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon Təhsil şöbəsinin böyük məsləhətçisi , tarixçi Ramiz Baloğlanov çıxış edərək Heydər  Əliyevin həyat  və fəaliyyətindən,  onun  Azərbaycan  xalqı qarşısındakı misilsiz   xidmətindən  danışıb. Qeyd edib ki, müstəqil Azərbaycanın yaradıcısı və qurucusu  olan Heydər Əliyev ikinci hakimiyyəti dövründə ölkə təhsilini mədəniyyətini, iqtisadiyyatını, sənayesini, kənd təsərüffatını inkişaf etdirməklə regionda  lider ölkəyə çevirib, beynəlxalq  miqyasda söz sahibi edib. İsmayıllı əhalisi ulu öndərin əziz xatirəsini layiqincə yaşadır.
Şəhər 6 saylı tam orta  məktəbin şagirdləri anım gününə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Sonda Ulu öndərin anım günü ilə əlaqədar RTŞ-nin keçirdiyi inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Keçidlər