Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü

12 dekabr 2015 | 16:00

12 dekabr 2015-ci il tarixdə İsmayıllı şəhərində Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım tədbiri səhər saatlarından  başlayıb. Rayon rəhbərliyi, ziyalılar, dövlət qrumları, müharibə və əmək veteranları, müəllim və şagird kollektivlərinin, şəhər sakinlərinin iştirak etdiyi tədbirdə Ulu öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi yad edilib.
Mərasim Heydər Əliyev Mərkəzinin ziyarəti ilə davam edib. Burada RİH başçısı Mirdaməd Sadıqov və ziyalılar dahi rəhbərin İsmayıllıya və ismayıllılara göstərdiyi diqqət və qayğısından və xalqa olan yaxınlığından danışıblar. Çıxışlardan sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxılıb. Həmçinin şəhər mərkəzində quraşdırılmış monitorda ulu öndər haqqında filmlər nümayiş olunub.

Keçidlər