Şriftin ölçüsü :

Saytın rəngi :

“Dağ çiçəkləri” ədəbi məclis üzvləri ilə görüş

25 dekabr 2015 | 16:00
24 dekabr günü rayonumuzun ictimaiyyəti üçün daha əlamətdar oldu. Azərbaycan Respublikasının Prezidenti, xalqımızın sevimlisi, ümummilli lider Heydər Əliyevin yadigarı olan cənab İlham Əliyevin ad günündə uzun illər rayonumuzda fəaliyyət göstərən “Dağ çiçəkləri” ədəbi məclis üzvlərinin rayon ictimayyəti ilə görşü keçirildi.
            Yüksək təntənə, dolğun məzmunu ilə fərqlənən tədbir Rayon Mədəniyyət Mərkəzində reallaşdı. Musiqili ədəbi–bədii görüşdə RİH-nin başçısı Mirdaməd Sadıqov, vaxtı ilə  şəhər 3 saylı tam orta məktəbin məzunları olmuş tanınmış şair Marif Soltan, hüquq elimləri üzrə fəlsəfə doktoru Simran Həsənov, qonaq qismində şair Tofiq Nurəli, Ağacəfər Həsənli, bədii qiraətçi Tahirə Ağasıyeva, “Dağ çiçəkləri” və “İsmayıllı yazarları” ədəbi ictimai birliyinin üzvləri, ziyalılar, gənclər, ağsaqqallar, ictimayyətin nümayəndələri və digər poeziyasevərlər toplanmışdırlar.
Foyedə məclis üzvlərinin nəşr olunmuş kitablarından ibarət sərgi də təşkil olunmuşdu.
            Tədbirdə RİH-nin başçısı M.Sadıqov çıxış edərək qeyd etdi ki, bədii sözün qüdrəti tarixlər boyu yaşamış, yaşayır və yaşayacaqdır. Umummilli lider Heydər Əliyev elm və sənət adamlarına, şair və yazıçılarımıza həmişə yüksək qiymət vermiş, onlar üçün yüksək yaradıcılıq imkanları yaratmışdır. Ölkə rəhbəri cənab İlham Əliyev də ölkəmizdə iqtisadi inkişafla yanaşı mənəvi quruculuğa da böyük diqqət və qayğı göstərir. Şair və yazıçılarımızın sosial həyatının yaxşılaşdırılması, yaradıcılıq imkanlarının genişlənməsi üçün  onlara sonsuz qayğı göstərir.
           Rayon rəhbəri daha sonra qeyd etdi ki, bu gün Prezidentimizin ad günüdür. Cənab Prezidenti bütün İsmayıllı ictimayəti dadından  təbrik edir, ona can sağlığı, çətin, sərfəli və məsuliyyətli işində uğurlar arzulayırıq!
           Tədbirdə  qonaqlar və “Dağ çiçəkləri” ədəbi məclisinin üzvləri çıxış edərək öz şerlərini söylədilər. Musiqi və mahnı ilə müşayət olunan ədəbi-bədii görüşdə  müğənnilərdən Sahibə Abdullayeva, Qalib Gülalıyev, Rövşən Teyyubov, Bəhruz Haşımov, İntiqam İbrahimov şair Musa Yaqub və Baba Vəziroğlunun şerlərinə bəstələnmiş mahnılar ifa etdilər.
           Sonda “Dağ çiçəkləri” ədəbi məclisinin bir qrup fəal üzvü RİH başçısı tərəfindən mükafatlandırıldı. Ədəbi dərnəyin fəal  üzvü, müəllim Hacıməmməd Məmmədov 65 yaşının tamam olması münasibəti ilə rayon rəhbərliyi tərəfindən təltif olundu.
Keçidlər