Şriftin ölçüsü :

Saytın rəngi :

Bayram yarmarkası start götürüb

27 dekabr 2015 | 16:00

25 dekabr 2015-ci il tarixdən 31-dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə İsmayıllı şəhərində inşası başa çatdırılmış “Yaşıl Market” ticarət kompleksində kənd təsərrüfatı məhsullarının satış yarmarkasının keçirilməsinə start verilib.
Yarmarkada fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları istehsal etdikləri bütün növ kənd təsərrüfatı məhsullarının satışını həyata keçirilir. Əhaliyə təklif edilən məhsulların  dəyəri bazar qiymətlərindən 25-30% aşağıdır.

Hər gün yarmarkada orta hesabla 3 ton taxıl, 1 ton ət, 1 ton meyvə-tərəvəz məhsulları, 500 litr süd və digər məhsulların satışı həyata keçirilir.
Yarmarkalar 31 dekabr tarixinədək davam etdiriləcək.

Keçidlər