Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrlərdən Gələn Sənətimiz”

26 dekabr 2015 | 16:00

26 dekabr  2015-ci il tarixdə “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin RİH-nin təşkilatçılığı ilə Peşə Tədris Mərkəzində “Əsrlərdən Gələn Sənətimiz” adlı layihəsi həyata keçirilib.
     Tədbirdə İsmayıllı RİH-nin əməkdaşı, “Gənclər Azad Sahibkarlıq Fəaliyyətində” İctimai Birliyinin sədri Kəmalə Məmmədli, Layihə rəhbəri Nəcimə Əliyeva və Peşə Tədris Mərkəzinin sənətkarliq bölməsinin müəllim və tələbələri iştirak ediblər.
     Tədbirin əsas mahiyyəti silinmək üzrə olan milli sənətkarlıq adətlərimizin dirçəldilməsi, gənclər arasında yayılması və yaşadılmasından ibarət idi. Tədbir  mövzu ətrafında  maraqlı və qarşılıqlı  diskusiya səraitində başa çatıb.

Keçidlər