Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacəkmə aksiyası davam edir

29 dekabr 2015 | 16:00

Heydər Əliyev fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşulan rayonumuzun idarə və təşkilatları tərəfindən ardıcıl olaraq ağacəkmə aksiyaları həyata keçirilir.
29 dekabr 2015-ci il tarixdə İsmayıllı-Muğanlı magistral yolunun Diyallı kəndindən keçən ərazisində iməclik yolu ilə 500 ədəd yerli ağac cinslərindən olan akasiya və göyrüş ağacları əkildi. Əkilən ağacların suvarılması və mühafizəsi təşkil olundu.
Ümumiyyətlə, cari ilin yaz mövsümündə rayon üzrə 18 min, payız mövsümündə isə 11 mindən artıq ağac əkilmişdir. Ağacəkmə aksiyası bundan sonra da ardıcıl olaraq həyata keçiriləcəkdir.

Keçidlər