Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Təhsil şöbəsi həmrəylik gününü qeyd edib

29 dekabr 2015 | 16:00

29 dekabr 2015-ci il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzində 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbir keçirdib.
RİH-nin və Rayon Təhsil Şöbəsi nümayəndələrinin, məktəblərin  pedaqoji kollektivlərinin  şagird və valideynlərin iştirak etdiyi tədbiri giriş sözü ilə İsmayıllı  rayon Təhsil Şöbəsinin müdir müavini Rahim Baxışov açaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışdı. RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva tədbir iştirakçılarını RİH başçısı adından salamladı və Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi. Dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan danışdı. 
Tədbir boyunca şagirdlərin bir-birindən rəngarəng çıxışları izləyicilərə  bayram əhval- ruhiyəsi yaşatdı. Şaxta Baba və Qar qız şagirdləri təbrik edərək onlara Yeni il hədiyyələri payladı.

Keçidlər