Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi

17 yanvar 2016 | 16:00

17 yanvar 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi Olimpiya İdman Kompleksi ilə birgə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş cüdo üzrə rayon birinciliyi keçirdi. Yarışı giriş sözü ilə açan İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov çıxış edərək qanlı yanvarın tarixindən bəhs edərək rus-erməni birləşmələrinin xalqımıza etdiyi zülm, verdiyi işgəncələri bir daha yarış iştırakçılarının diqqətinə çatdırdı.
14 çəki dərəcəsində 132 idmançının iştırak etdiyi yarışda I, II və III yeri tutmuş idamançılar İsmayıllı rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olundu.

Keçidlər