Şriftin ölçüsü :

Saytın rəngi :

“Möcüzəli ünsiyyət” festivalı layihəsi İsmayıllıda

10 fevral 2016 | 16:00

10.02.2016-cı il tarixdə Uşaq kitabxanasında “İrəli” İctimai Birliyinin  dəstəyi ilə “Möcüzəli Unsiyyət” festivalı layihəsi həyata keçirildi. Layihənin məqsədi     gəncləri mütaliəyə təşviq etmək, bədii və elmi ədəbiyyata maraqlarını artırmaqdır.
        Tədbirə hər sahəni  əhatə edən 90 nəfəlik bir kontingent toplanmışdı. RİH başçısının müavini Sevil Əhmədova layihəni həyata keçirən qonaqları salamladı və tədbirin işinə uğurlar arzuladı.   İctimai Birliyin sədri Mirhəsən Seyidov çıxış edərək iştirakçıları salamladı, gəldikləri üçün onlara təşəkkürünü bildirdi və “Möcüzəli Unsiyyət” layihəsində aktiv olmağı arzuladı. Gənclər Fondunun Strateji araşdırmalar şöbəsinin müdiri Orxan Ərəbov çıxışında gənclər arasında kitaba marağı təbliğ edən bu layihənin çox böyük əhəmiyyətinin olacağını qeyd etdi. Layihə rəhbəri Rauf Əliyev tədbiridə viktorinaların suallarını düzgün cavablandıran gəncləri kitablarla mükafatlandırdı.

Keçidlər