Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 24-cü ildönümü ərəfəsində İsmayıllıda məcburi köçkünlərlə görüş

18 fevral 2016 | 16:00

İsmayıllı rayonunda 867 ailəni əhatə edən 3500 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 17 Xocalı köçkünü ailəsi Ruşan, Vəng, Kürdmaşı və Tubukənd kəndlərində yaşayır. Onların hamısı rayon icra hakimiyyətinin başçısı ilə görüşdə iştirak edirdi. Gənclər mərkəzinin 350 nəfərlik akt zalı bu gün məcburi köçkünlərin ixtiyarına verilmişdi.
Millət Vəkili Novruz Aslanov həmişə olduğu kimi məcburi köçkünlərlə  görüşdə iştirak edirdi.
Hüquq mühafizə və ədliyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri görüş iştirakçıları sırasında idilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq Xocalı faciəsinin baş vermə səbəblərindən və səbəbkarlarından, Qarabağ torpağında, xüsusilə Qaradağlıda, Xocalıda, Şuşada və başqa yerlərdə, Qərbi Azərbaycanda, vertalyot qəzaları vasitəsilə tarixi düşmənlərimizin  törətdiyi soyqırımlardan, erməni vəhşiliklərinin tədricən də olsa dünya ölkələri tərəfindən soyqırım kimi tanınmasından ətraflı danışdı.
Xocalı soyqırımı zamanı və Qarabağ müharibəsində  şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mirdaməd Sadıqov daha sonra qeyd etdi ki, Prezident İlham Əliyevin və Azərbaycan dövlətinin diqqətində sosial problemlər sırasında məcburi köçkünlərə qayğı öncül yer tutur. Rayon icra hakimiyyəti də məcburi köçkünlərin məşğulluğunun artırılması, mənzil şəraitinin və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərində bu prinsipə əsaslanır. Bütün məcburi köçkün ailələrinə  müvəqqəti istifadə üçün torpaq sahələri verilib.İçməli və suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün 8 yerdə artezian quyusu qazılıb. Xocalıdan olan məcburi köçkünlərə və digər yerlərdən olan şəhid ailələrinə dövlətin verdiyi imtiyazlardan əlavə yerli imkanlar hesabına sosial qayğı göstərilir. Möhtərəm Prezidentin xalqın xidmətçisi olmaq tapşırığının icrası başlanğıcını məcburi köçkünlərə münasibətdən götürüb.
Biz o insanların işini, mövqeyini bəyənirik ki, onlar hər şeyi hazır gözləmir, əkinçiliklə, heyvandarlıqla məşğul olur, torpaqlardan qanuni əsasda istifadə etməklə təsərrüfatını genişləndirir, məhsul bolluğu yaratmağa çalışır. Rayon icra hakimiyyəti də öz növbəsində qeyri-neft sektorunun inkişafında fəal mövqe tutmaq istəyənlərə hərtərəfli köməklik göstərəcəkdir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruz Aslanov çıxış edərək “Xocalıya ədalət” kompanyasının geniş miqyasda davam etməsindən, dövlətin məcburi köçkünlərə yönəlik sosial siyasətinin uğurlarından danışdı, təsərrüfatçılıqla məşğul olanların işini təqdir etdi.
Məcburi köçkünlərdən Arif Tanrıvediyev, Zakir Əhmədov,Nəriman Məmmədov, Əyyub Əhmədov, Gülağa Abbasov, Zahid Namazov, Məzahir Şükürov və başqaları çıxış edərək  Xocalı faciəsi və onunla bağlı dövlətimizin həyata keçirdiyi hüquqi və siyasi  tədbirlərdən, torpaqlarımızın bütövləşməsi üçün  Prezident İlham Əliyevin apardığı alternativsiz siyasətdən danışdılar. Həyat şəraitlərində heç bir çətinliyin olmadığını, bundan sonra kənd təsərrüfatının inkişafında daha fəal iştirak edəcəklərini dedilər.
Mirdaməd Sadıqov arzusu, təklifi, problemi olan hər bir köçkünü dinlədi,məsələlərin icrası üçün aid xidmət təşkilatlarının rəhbərlərinə tapşırıqlar verdi.
Xocalıdan olan  məcburi köçkün ailələrinə ərzaq yardımı göndərildi.
Görüşü keçirən də, görüşə gələnlər də belə bir tədbirdən razı qaldılar.

Keçidlər