Şriftin ölçüsü :

Saytın rəngi :

Yay otlaq sahələrində təsərrüfatların davamlı idarə olunması

23 fevral 2016 | 16:00

23 fevral 2016-cı il tarixdə İsmayıllı rayonun “Turan” sarayında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı əsasında rayonumuzda fəaliyyətini davam etdirən “Azərbaycanın Böyük Qafqaz regionunda torpaq və meşələrin davamlı idarə olunması” layihəsi çərçivəsində “Yay otlaq sahələrində təsərrüfatların davamlı idarə olunması üçün idarəetmə planlarının hazırlanması və fermerlərə texniki dəstəyin verilməsi” mövzusunda tədbir keçirildi.
Rayonun aqrar iqtisadiyyatında aparıcı sahə olan və əhalinin məşğuliyyətində mühüm əhəmiyyət daşıyan heyvandarlığın, xüsusilə də qoyunçuluğun yemlə təminatı məsələləri tədbirdə geniş müzakirə edildi.
Yay otlaq sahələrinin yaxşılaşdırılması, torpaq eroziyasının qarşısının alınması və örüşlərin məhsuldarlığının yüksəldilməsi üçün dünya praktikasında öz təsdiqini tapan texnoloji proseslər barədə beynəlxalq ekspertlər çıxış edərək fermerlərə ətraflı məlumat verdilər.
Tədbir elmi-praktiki əhəmiyyət daşımaqla fermerləri maraqlandıran məsələlərə və bu istiqamətdə onlara göstəriləcək texniki dəstəyə aydınlıq gətirildi.
Tədbirin işində Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafı və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Şahin Hüseynov, layihə icraçıları və rayonun bir sıra qoyunçuluq təsərrüfatlarının rəhbərlərindən ibarət 20 nəfər iştirak etdi.

Keçidlər