Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo üzrə açıq dərs

01 mart 2016 | 16:00

01 mart 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi Olimpiya İdman Kompileksində "5 mart Bədən tərbiyəsi və idman günü"nə həsr olunmuş Cüdo idman növü üzrə açıq dərs keçirmişdir. Açıq dərsdə Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək idmançıların diqqətinə çatdırdı ki, 5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır.  2012-ci il həm də Dövlət başçımız tərəfindən “İdman ili” elan edilmişdi. Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezident  İlham Əliyevin hələ 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini verdi.
Cüdo idman növü üzrə məşqçi, dərsin təşkilatçısı bu sahədə qazanılan nailiyyətlərdən, rayonda idmanın inkişaf perspektivlərindən danışıb.

Keçidlər