Şriftin ölçüsü :

Saytın rəngi :

Kooperasiya haqqında qanun layihəsi geniş müzakirə edildi.

12 mart 2016 | 16:00

11 mart 2016-cı il tarixində İsmayıllı Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimovun rəhbərliyi ilə bir qrup Milli Məcilis üzvlərinin iştirakı ilə kooperasiya haqqında qanun layihəsi geniş müzakirə edildi.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov açaraq belə mühüm tədbirin rayonumuzda keçirilməsinə görə qonaqlara öz minnətdarlığını bildirdi və aqrar sahənin dinamik inkişafında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində və ölkəmizin idxaldan asıllığının azaldılmasında kənd təsərrüfatı kooperasiyalarının əhəmiyyəti barədə məlumat verdi.
Sonra Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimov kooperasiya haqqında qanun layihəsi barədə geniş nitq söylədi. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə hazırki iqtisadi şəraitdə qeyri-neft sektorunun, xüsusi ilə də kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin icrasının mühüm əhəmiyyət daşıdığını bildirdi.
Kənd təsərrüfatında daha hərtərfli inkişafa nail olmağın əsasında bilavasitə kooperasiyanın yaradılmasının vacib olduğunu qeyd etdi. Rayonumuzun respublikanın kənd təsərrüfatı məhsulları istehsalında xüsusi çəkisinin olduğunu və bu sahənin sonrakı inkişafı üçün bütün imkanların olduğunu bildirdi.
Məsələ ətrafında geniş müzakirə aparıldı. Fermerlər, sahibkarlar, mütəxəssislər kooperasiya haqqında qanun layihəsinin müzakirəsi ilə əlaqədar öz fikirlərini bildirdilər və təkliflərini verdilər.
İclasın sonunda Azərbaycan Respublikası Milli Məclisinin Aqrar Siyasət Daimi Komissiyasının sədri Eldar İbrahimov yığıncaq iştirakçılarının çox saylı suallarına aydınlıq gətirdi və rayonumuzda kooperasiyanın yaranacağına və inkişaf edəcəyinə əmin olduğunu bildirdi.

Keçidlər