Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı ərəfəsində “Yaşıl bazar”da yarmarka

18 mart 2016 | 16:00

Yeniliyi, müasirliyi, abadlığı ilə ismayıllı sakinlərində razılıq yaradan “Yaşıl bazar”da 18 mart 2016-cı il tarixdə bayram yarmarkası təşkil olundu. Buraya N.Nikitin adına  kolxoz, kənd təsərrüfatı istehsalının müxtəlif sahələrində çalışan  fermerlər  öz məhsullarını çıxarmışdılar. Az vaxt ərzində  1 ton ət, 2 ton meyvə-tərəvəz, 3 ton buğda, 100 kiloqram bal, 3000 ədəd yumurta satıldı.  Bütün növ məhsullar bazar qiymətindən 20-25 faiz aşağı qiymətə alındı.  Yarmarka 2 gün də davam edəcək. Bu cür iqtisadi tədbirlər əhalidə sosial razılıq yaradır və buna görə də hamı ölkə rəhbərliyinə minnətdarlıq edir.

Keçidlər