Şriftin ölçüsü :

Saytın rəngi :

Soyqırımı günü kəndlərdə də qeyd edilmişdir

31 mart 2016 | 16:00
31 mart 2016-cı il tarixdə İsmayıllı RİH başçısının Basqal qəsəbə, Tircan və Hacıhətəmli kənd İƏD üzrə nümayəndəliklərində “31 mat” soyqırım gününə həsr edilmiş tədbirlər keçirilmişdir.
Keçirilmiş tədbirlərdə İƏD üzrə nümayəndəliklər ərazisində yaşayan ziyalılar, ağsaqqallar, yeniyetmə və gənclər, o cümlədən məktəblərin müəllim və şagird kollektivləri iştirak etmişlər.
Tədbirdə  iştirakçılara 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında  Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlardan danışılmışdır. 
Tədbirdə rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlının qətlə yetirilməsi, on minlərlə insanın itkin düşməsi və erməni vandallarının törətdikləri digər vəhşiliklər barədə çıxışlar söylənilmişdir.
Tədbir iştirakçılarına məlumat verilmişdir ki, mərhum prezidentimiz Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmiş və bu unudulmaz hadisə o gündən etibarən hər il böyük kədər hissi ilə qeyd edilir.
 
Keçidlər