Şriftin ölçüsü :

Saytın rəngi :

"İsmayıllı məktəblərarası Debat Forumu 2016: Heydər Əliyev Kuboku"

20 aprel 2016 | 16:00

20 aprel 2016-cı il tarixində İsmayıllı şəhər 3 saylı məktəb-liseyində 15 komandanın iştirak etdiyi "İsmayıllı məktəblərarası Debat Forumu 2016: Heydər Əliyev Kuboku"nun açılış mərasimi oldu. Açılış mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin Dağlıq Şirvan Regional Debat Mərkəzinin sədri Elvin Əlizadə, İsmayıllı Rayon Gənclər İdman İdərəsinin nümayəndəsi Taleh Məhərrəmov, İsmayıllı rayon Eldar Məmmədov adına 3 saylı şəhər məktəb- litseyinin direktoru Əhmədağa Ələkbərov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatinn sədri Rahid Rəcəbli iştirak edirdilər. "İsmayıllı Gənclərin Regional Debat Forumu 2016: Heydər Əliyev Kuboku"nun açılış mərasimində iştirak edən qonaqlar "Multikulturalizmin cəmiyyətdəki rolu özünü doğruldur" mövzusunda iştirakçılara ətraflı məlumatlar veriblər. Açılış mərasimi bitdikdən sonra komandalar arasında  tanışlıq oldu. “İsmayıllı Məktəblərarası Debat Forumu -2016" da verilmiş mövzusu elan edildi və bu  bu haqqda iştirakçılara məlumat verildi. Komandalar “İsmayıllı Regional Debat Forumu 2016: Yaz Kuboku" layihəsi çərçivəsində multikulturalizm mövzusu ətrafında müzakirələr aparacaqlar.

Keçidlər