Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil işçilərinin şahmat yarışı

22 aprel 2016 | 16:00

22 aprel 2016-cı il tarixdə  İsmayıllı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsi Rayon Təhsil Şöbəsi ilə birgə müəllimlər arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə şahmat yarışı keçirib. Tədbirdə  İsmayıllı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsisinin sədri Hafiz Kərimov, Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov  çıxış edərək ulu öndərin  həyat və fəaliyyətindən danışmış və yarış iştirakçılarına uğurlar arzulamışlar. Yarışda 25 nəfərdən çox təhsil işçisi bu qədim intellektual idman yarışında güclərini sınayıb.  Gərgin keçən yarışda I yeri Niftalıyev Cahangir, II yeri Səfərov Famil,  III yeri Rzayev Şərafəddin,  IV həvəsləndirici yeri Mirzəyev Arif qazanıb. Sonda qaliblərə  Rayon Təhsil Şöbəsi  və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplom və pul mükafatı verilib. Qalib gələn Niftalıyev Cahangir may ayında keçiriləcək Respublika turuna iştirak etmək hüququ qazanıb.

Keçidlər