Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona birinciliyi

24 aprel 2016 | 16:00

24 aprel 2016-cı il tarixdə İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə keçirilən zona birinciliyində 10 komanda iştirak edib.Yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayan poliatlon çoxnövçülüyü üzrə yarışa toplaşan komandaları rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov giriş nitqi ilə salamlayıb. Bildirib ki, bir çox zona və Respublika yarışları İsmayıllıda o səbəbdən keçirilir ki, rayon icra hakimiyyətinin rəhbərliyi bu sahəyə xüsusi diqqətlə yanaşır, idmançıların uğurlarını təqdir edir, qalib olmaları üçün şərait yaradır,Olimpiya idman kompleksinin səmərəli və fasiləsiz işləməsi üçün ardıcıl köməklik göstərir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərid Qasımzadə və İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov yarış iştirakçıları qarşısında çıxış edib, onlara uğurlar arzulayıblar.
Gərgin keçən yarışların son nəticəsi olaraq İsmayıllı komandası birinci, Qax rayon komandası ikinci və Şəki komandası üçüncü yeri tutub. Qalib komandalara  Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.
Hər üç komanda Qaxda keçiriləcək Respublika yarışında iştirak etmək hüququ qazanıb.
O da qeyd edilməlidir ki, yarışların təşkilində üzərinə düşən vəzifəni hər bir təşkilat məsuliyyətlə yerinə yetirib.

Keçidlər