Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovkada Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi qeyd edilib

03 may 2016 | 16:00

03 may 2016-cı il tarixdə İvanovka kəndində vaxtilə Sosalist Əməyi Qəhrəmanı adına layiq görülmüş qabaqcıl kənd təssərüfatı işçisi, görkəmli ziyalı, ictimai xadim Nikolay Vasilyeviç Nikitinin anadan olmasının 90 illiyi təntənə ilə qeyd olunub. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP rayon təşkilatının sədri Əzizə Vahabova, Dövlət qulluğu veteranı Valeh Salehov, kolxozun əmək kollektivi, kənd əhalisi, məktəblilər iştirak edib. İvanovka kənd tam orta məktəbin tarix müəllimi Nadejda Jabina çıxış edərək N.V.Nikitinin həyat yolu və əmək  fəaliyyəti haqqında geniş məlumat verib. 31 il kolxozda onunla birgə çalışmış Pavel Kazakov uzun illər təsərrüfat rəhbəri işləmiş Nikitin haqqında gənc nəslə örnək olacaq xatirələrini danışıb. Şagirdlər kolxoza və Nikitinə həsr olunmuş şerlər səsləndiriblər. Tədbir N.V.Nikitinin həyat və əmək fəaliyyətini əks etdirən sərgiyə baxış və folklor kollektivin konsert proqramı ilə davam etdirilib.

Keçidlər