Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon şahmat festivalı

06 may 2016 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar İsmayıllıda rayon icra hakimiyyətinin təşkilatçılığı, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin, rayon mədəniyyət və turizm şöbəsinin, yerli idman federasiyalarının fəal iştirakı ilə müxtəlif mövzulu müsabiqələr, idman yarışları keçirilir.
Rayon şahmat məktəbinin, yerli şahmat federasiyasının, rayon gənclər və idman idarəsinin 6 may 2016-cı il tarixdə təşkil etdiyi ümumrayon şahmat festivalı bu tədbirlərin daha maraqlılarından biri oldu.
Geniş tərkibdə təmsil olunan İsmayıllı şahmatçılarının festivalını dövlət qulluğu və təhsil veteranı Valeh Salehov açdı. Rayon şahmat federasiyasının sədr müavini Hafiz Kərimov ümummilli lider Heydər Əliyevin dövlət idman siyasətinin müəyyən edilib həyata keçirilməsindəki xidmətlərindən danışdı.
Şahmat məktəbinin direktoru Nadir Hacıyev yarışlara start verdi. Olimpiya sistemi ilə keçirilən yarışların nəticəsi olaraq 7 saylı məktəbin müəllimi Cahangir Niftalıyev birinci, Qarabağ müharibəsi veteranı Mikayıl Məmmədov ikinci və 7 saylı məktəbin şagirdi Şamil Fətəliyev üçüncü yeri tutdular.
Qaliblərə Təhsil işçiləri həmkarlar ittifaqı rayon komitəsinin hədiyyələri və fəxri fərmanları, gənclər və idman idarəsinin medalları və diplomları təqdim olundu.
Şahmat festivalının qaliblərinin digər nominasiyalarda qalib gələnlərlə birgə mükafatlandırılması mərasimi rayon Mədəniyyət Mərkəzində keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müxtəlif yarışlarda və müsabiqələrdə qalib olanları təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladı.

Keçidlər