Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi ulu öndərin 93 illiyinə həsr edilib

06 may 2016 | 16:00

Mübarək səfərləri ilə İsmayıllını şərəfləndirmiş ümummilli lider Heydər Əliyevin doğum gününün 93 illiyi münasibətilə rayon Mədəniyyət Mərkəzində möhtəşəm tədbir keçirilmişdir. İştirakçıların bir qrupu tədbir başlamazdan əvvəl Ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Mədəniyyət Mərkəzinin foyesində Heydər Əliyevin həyat və fəaliyyətini, İsmayıllıya səfərlərini əks etdirən və dahi şəxsiyyətə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov akademik, görkəmli oftolmoloq Zərifə Əliyevanın və ümummilli lider Heydər Əliyevin anadan olmalarının 93 illiyi ilə əlaqədar keçirilən müsabiqə və yarış qaliblərinə mükafatları təqdim edib.
“Heydər Əliyev idarəetmə məktəbi”nin məşğələsi çərçivəsində keçirilən xatirə gecəsində əvvəlcə film nümayiş etdirilib, sonra Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucovun “Ümummilli liderimiz Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzəsi dinlənilib.
Toğrul Qasımov və Qönçə Ağazadə Ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.
Muğam axşamı ilə davam edən xatirə gecəsi iştirakçılara bayram əhvali-ruhiyyəsi bəxş edib. Həqiqətən də, ümummilli liderimizin milli taleyimizə bəxş olunduğu gün hamımız üçün bayramdır.

 

 

 

Keçidlər