Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ümummilli liderin 93 illiyinə həsr olunmuş “Kitab bayramı”

10 may 2016 | 16:00

Azərbaycanı Beynəlxalq aləmə  qovuşduran  ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93 illiyi silsilə tədbirlərin yekunu olaraq 10 may 2016-cı il tarixdə  “Kitab bayramı” ilə qeyd olunub. Heydər Əliyev Mərkəzinin qarşısındakı geniş meydanda ümummilli liderin kitabları, ona həsr olunmuş kitablar, mədəniyyət və turizm şöbəsinə aid müxtəlif məzmunlu nəfis tərtibatlı çap məhsulları nümaiş etdirilib. Gənclərin yaratdığı “Kitab klubu” və şəhər 1 saylı tam orta məktəb icmasının qalib gəldiyi   qrant layihəsi əsasında  alınan nəşrlər  sərgidə xüsusi  maraqla qarşılanıb.
“Kitab klubu”nun daimi satış – sərgisinin fəaliyyət  göstərməsi qərara alınıb.
Uşaq bağçalarının, folklor qruplarının və bir neçə məktəbin yaradıcılıq nümunələri, ulu öndər haqında deyilmiş şeirlər, oxunan mahnılar “Kitab bayramı”na xüsusi zənginlik gətirib.
Sərginin açılışında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova  çıxış edib. Kitab sərgisi bir neçə saat davam edib.
Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bütün sərgini diqqətlə nəzərdən keçirib,  kitab təbliği və ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji irsinin öyrənilməsi ilə əlaqədar məsləhətlər verib.

Keçidlər