Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin anadan olmasının 93-cü ildönümü münasibətilə ümumrayon ağacəkmə aksiyası keçirilib

10 may 2016 | 16:00

9-10 may tarixlərində rayonun bütün inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, meşə ərazilərində, təhsil müəssisələrinin həyətyanı sahələrində, eləcə də İsmayıllı şəhərinin şəhidlər xiyabanının ətrafında 1 hektar, İsmayıllı-Muğanlı avtomobil yolunun kənarlarında isə 2 hektar ərazidə ağacəkmə aksiyası keçirilib. Aksiyada 8000-dən çox ağac və qızılgül kolları əkilib.
Aksiyada idarə-müəssisələr, təşkilatlar, rayon ictimaiyyətinin nümayəndələri və məktəb kollektivləri iştirak edib.
Əkilən ağaclar cökə, akasiya, lapan, tut, ağcaqayın və digər cinslərdən ibarət olub. Ağaclar aqrotexniki qaydalara uyğun əkilməklə suvarılması da həyata keçirilib, qulluq edilməsi və qorunması isə müvafiq təşkilatlara həvalə edilib.

 

Keçidlər