Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənclər arasında veloyürüş

09 may 2016 | 16:00

09 may 2016-cı il tarixdə İsmayıllı rayon Gənclər və İdman idarəsi  ilə İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə  Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənclər arasında veloyürüş    keçirilib. 
İsmayıllı Olimpiya İdman Kompleksindən start götürən veloyürüş Mərkəzi Meydanda başa çatıb. Yürüş iştirakçısı olan 30 nəfər gənc velosipedçilərimiz Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub.
İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov ümummilli liderin həyat və fəaliyyətini bütünlüklə Azərbaycanın çiçəklənməsi yoluna sərf etdiyi barədə iştirakçılara ətraflı məlumat verib, bu günümüzdə bütün sahələrdə qazandığımız uğurlara görə yalnız o dahi şəxsiyyətin ruhu  qarşısında borclu olduğumuzu vurğulayıb.
Ardınca  İsmayıllı Olimpiya Kompleksinin əməkdaşı Anar Həsənov çıxış edib. Ulu öndərin idmançılara göstərdiyi qayğıdan bəhs edərək  ölkə idmanının çiçəklənməsi yolunda məhz fenomen şəxsiyyət Heydər Əliyevin zəhmətinin əvəzsiz olduğunu söyləyib.

Keçidlər