Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənə ilə qeyd olundu

01 iyun 2016 | 16:00
01 iyun 2016-cı il tarixində uşaq  bağçalarında tərbiyə alan körpələrin və ibtidai sinif şagirdlərinin iştirakı ilə “Uşaqların Beynəlxalq Müdafiəsi  Günü” Gənclər Mərkəzində  təntənə ilə qeyd olundu.
Tədbir E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin birinci sinif şagirdlərinin təbrik məzmunlu şeirləri və xorla oxuduqları mahnılarla açıldı.
Rayon ərazisində fəaliyyət göstərən 10 uşaq  bağçasının hər birindən gələn nümayəndələr bir-birindən maraqlı  rəqslər  və mahnılarla məharətlərini göstərdilər, bir-birini təbrik etdilər. Körpələrin hazırladıqları kiçik səhnəciklər orjinallığı və təbiiliyi ilə diqqəti cəlb etdi. İfa olunan mahnı və rəqslər multikulturalizim ilinə uyğun idi.
Akt zalında keçirilən bayram tədbirində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbir iştirakçılarını rayon icra hakimiyyətinin rəhbərliyi adından səmimi təbrik etdi.
İl boyu tədbirlərdə fəallıq göstərən məktəbəqədər yaşlı 15 uşağa qiymətli hədiyyələr və diplomlar təqdim olundu.
Tədbir Heydər Əliyev adına parkda gəzinti, konsert və “Gülüstan” sarayında  təşkil olunmuş çay süfrəsi arxasında başa çatdı.
 
 
 
 
 
 
Keçidlər