Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə

02 iyun 2016 | 16:00

01 iyun 2016-cı il tarixdə İsmayıllı Rayon Diyarşunaslıq muzeyində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatcılığı ilə “Gənc ailələr arasında kənd yaşıl turizmini stimullaşdırmaq” adlı layihə icra olunmuşdur. Layihə barədə cəmiyyətin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov məlumat verib o, İsmayıllı rayonunun turizm potensialından səmərəli istifadə edilməsini, gənc ailələrin turizmlə bağlı maarifləndirilməsini, işlə təmin edilməsinə köməkli göstərilməsini bildirmişdir. İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov turislərin kənd turizminə böyuk maraq göstərdiyini və hər il turislərin sayının artmasını, yeni müasir istirahət zonalarının, əyləncə mərkəzlərinin tikintisinə başlandığını bildirmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, Lahıc, turizm mərkəzlərinin nümayəndələri, İsmayıllı Peşə Tədris Mərkəzinin müəllimləri iştirak etmişlər.

Keçidlər