Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikulturalizm və tolerantlığın Azərbaycan modeli”

10 iyun 2016 | 16:00

İyunun 10-da İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbində Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Multikulturalizm və tolerantlığın Azərbaycan modeli” mövzusunda tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, Lahıc qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Fikrət Haqverdiyev, məktəbin direktoru Hikmət Haqverdiyev, Lahıc qəsəbə məscidi dini icmasının üzvü Hüseynağa Kamilzadə, o cümlədən müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə mövcud olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıblar. Bildirilib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir və əsası Ulu Öndər  Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonda ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyan “Fitnə” filmi nümayiş olunub.

Keçidlər