Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu

17 iyun 2016 | 16:00

Hər il olduğu kimi bu il də  Tibb işçilərinin peşə bayramı rayon mərkəzi xəstəxanasında qeyd olundu. İştirakçılar əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. 
       Tədbiri giriş sözü ilə rayon mərkəzi  xəstəxanasının baş həkimi Aydın Əsədov açaraq səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək, çətin və fədakar fəaliyyətində onlara uğurlar arzuladı. Sonra  Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova  tibb işçilərini təbrik etdi, dövlət səhiyyə siyasətinin uğurlarından, xidmət sahələrində bundan sonra daha çox iş görüləcəyindən, əhalinin sağlamlığının təmin olunması üçün daha əsaslı tədbirlər həyata keçiriləcəyindən danışdı.
         Yekunda bir qrup qabaqcıl tibb işçisinə  RİH başçısının Fəxri Fərmanı təqdim edildi.

Keçidlər