Şriftin ölçüsü :

Saytın rəngi :

Rövşən Ağayev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub

23 iyun 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2016-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub. Təltif olunanlar siyahısında İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Ağayev Rövşən Rahib oğlunun da adı var. Bu münasibətlə Rayon İcra Hakimiyyəti Aparatı adından Rövşən Ağayevi təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!
R.Ağayev 2006-cı ildən Rayon İcra Hakimiyyətində çalışır və 2013-cü ilin aprel ayından RİH Başçısının birinci müavini vəzifəsini daşıyır. Hal-hazırda R.Ağayevin 23 il 10 ay Dövlət qulluğu stajı var.

Keçidlər