Şriftin ölçüsü :

Saytın rəngi :

I Beynəlxalq Dolma Festivalında III yer

01 iyul 2016 | 16:00

01 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Abşeron rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə Abşeron rayonunda I Beynəlxalq Dolma Festivalı keçirilmişdir. Festivalda bölgələrimizdə bişirilən və müxtəlif çeşiddə hazırlanan 300-dən çox dolma yeməkləri sərgilənmişdir. Festivalında İsmayıllı rayonu 9 adda dolma ilə yüksək səviyyədə təmsil olunmuş və Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının tərəfindən Gicitkən dolması üzrə III yerə və bürünc medala layiq görülmüşdür. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri tərəfindən hər ölkənin ənənəsinə uyğun hazırlanan yeməklər də nümayiş olunmuşdur. İndoneziya və Ukraynadan da nümayəndələr iştirak etmiş və milli mətbəxlərinin yeməklərini sərgilənmişdir. Beynəlxalq festivalda türkdilli dövlətlərlə yanaşı, dünyanın bir neçə ölkəsindən gəlmiş qonaqlar da iştirak etmişdir.

Keçidlər