Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici ölkələrin gəncləri İsmayıllıda

13 iyul 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə əsasnaməsinə uyğun olaraq 2015-ci ilin fevral-aprel aylarında xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda esse yazı müsabiqəsi keçirilmiş, Argentina, Banqladeş, Braziliya, Butan, Çex Respublikası, Fransa, Hindistan, Litva, Meksika, Monteneqro, Rumıniya və Serbiyadan olan qaliblərin 10-20 iyul 2016-cı il tarixlərdə Azərbaycana səfəri nəzərdə tutulmuşdur. 
Azərbaycanı qarış-qarış gəzməyi planlaşdırılan xarici ölkə gəncləri 13 iyul 2016-cı il tarixdə İsmayıllı rayonuna gələrək Lahıc qəsəbəsi ilə daha yaxından tanış oldular.
Lahıc qəsəbəsinin YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil olmuş “Lahıc misgərliyi” ilə maraqlandılar. Lahıcın füsunkar  təbiəti və  özünəməxsus memarlığı  xarici ölkə gənclərini valeh etdi.

Keçidlər