Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənclərin İnkişaf Mərkəzi” İctimai Birliyi İsmayıllıda tədbir keçirib

15 iyul 2016 | 16:00

“Gənclərin  İnkişaf Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Şimal-qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması” adlı layihənin icrasına başlamışdır. İyulun 15-də Rayon İcra Hakimiyyəti və İctimai Birliyin birgə təşkilatçılığı ilə Tarix Diyarşünaslıq Muzeyində layihə çərçivəsində seminar keçirilmişdir. Layihənin əsas məqsədi erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri barədə araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına töhfə vermək, riskləri azaltmaqdır. 
Tədbiri RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açıb, qonaqları və tədbir iştirakçılarını  rayon rəhbərliyi adından salamlayıb. “Gənclərin  İnkişaf Mərkəzi” İctimai Birliyinin layihə kordinatoru Cavidan Həsənov erkən nigahın fəsadları barəsində çıxış edib. Sonra İctimai Birliyin təlimçisi Ümidvar Həsənov “Şimal-qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması” adlı layihə çərçivəsində geniş məruzə edib.  Tədbir iştirakçıları müzakirələrdə fəal iştirak edərək bu mövzuya dair fikir və təkliflərini söyləyiblər. Tədbirin sonunda  seminarda iştirak edənlərə  layihə çərçivəsində hazırlanmış buklet, layihənin təbliğini özündə əks etdirən köynək, papaq və digər mətbəə məhsulları paylanılmışdır.

Keçidlər