Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Gİİ-si qol güləşi üzrə yarış keçirdi

26 iyul 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
İsmayıllı rayon Gənclər və İdman İdarəsi 26 iyul 2016-cı il tarixdə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş qol güləşi üzrə açıq rayon birinciliyi təşkil etdi.
Birincilikdə İsmayıllı idmançıları ilə yanaşı qonşu Qəbələ rayonundan da ümumilikdə 100 idmançı qüvvəsini sınamaq üçün yarışa qoşulmuşdu.
Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov Prezidentimizin ölkə idmanına göstərdiyi qayğıdan geniş bəhs etdi, nazirliyin yaradılma tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Qol Güləşi Federasiyasının İsmayıllı rayon təmsilçisi Vüsal Qəzənfərov da öz çıxışında ölkə idmanının inkişafından, ona göstərilən dövlət qayğısından bəhs etdi.
Qaliblər İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildi.

Keçidlər