Şriftin ölçüsü :

Saytın rəngi :

Gülşən Praqaya Şahmat yarışına gedir.

12 avqust 2016 | 16:00

 

İsmayıllı şəhər 5 saylı tam orta məktəbin III sinif şagirdi, Şahmat məktəbində məşqçi Namiq Qasımovun apardığı dərnəyin üzvü Gülşən Allahverdiyeva 8 yaşlı qızlar arasında keçirlən şahmat yarışında Respublika çempionu olub və Avropa çempionatına lisenziya qazanıb.
      12 avqust 2016-cı il tarixdə Çexiyaya-Praqa şəhərinə səfər ərəfəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov şahmatçı qızı  qəbul edib. Qəbulda rayon prokuroru, şahmat fedrasiyası  rayon bölməsinin sədri Ülvi Abbasov, rayon gənclər idman idarəsinin rəisi Taleh Salehov, rayon uşaq şahmat məktəbinin direktoru Nadir Hacıyev, Gülşənin valideyinləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
      Mirdaməd Sadıqov Gülşənin uğuruna sevindiyini bildirib, valideyinlərinə və məşqçi müəllimə təşəkkür edib.
       Ülvi Abbasov Gülşəni uğuru münasibətilə təbrik edib, onu yarışa gedişi üçün lazımi imkan və şərait yaradıldığını bildirib.
         Gülşən deyib ki, Çexiyada birinci yer tutaraq, Azərbaycan bayrağını qaldıracağam.

Keçidlər