Şriftin ölçüsü :

Saytın rəngi :

Fındıqçılıq inkişaf etdiriləcək

12 avqust 2016 | 16:00

10 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rayonumuza səfəri zamanı “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında rayon ictimayiyyəti ilə görüşü zamanı fındıqçılığın kənd təsərrufatı məhsulları arasında ən çox valyuta gətirən məhsul olduğunu bildirmiş, rayonumuzun iqliminin, eləcə də torpaqlarının buna imkan verdiyi üçün bu sahəyə diqqətin artırılmasını tövsiyyə etmişdir.
Ölkə rəhbərinin tapşırığının həyata keçirilməsi ilə əlaqədar 12 avqust 2016-cı il tarixdə rayon İcra Hakimiyyətində, Kənd Təsərrüfatı idarəsinin mütəxəssislərinin, RİH başçısının İƏD üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin,  sahibkarların iştirakı ilə geniş müşavirə keçirildi və bu sahənin rayon ərazisində genişləndirilməsi məqsədilə geniş müzakirələr aparıldı, ilkin tədbirlər müəyyənləşdirildi.

Keçidlər