Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Gənclər Günü qeyd olundu

12 avqust 2016 | 16:00

 

12avqust 2016-cı il tarixdə saat 15-00-da Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Beynəlxalq Gənclər Günü münasibətilə İsmayıllı rayon
Gənclər və İdman İdarəsi dəyirmi-masa təşkil etdi. Tədbiri İdarə rəisi Taleh Salehov açaraq gəncləri bayram münasibətilə təbrik etdi. Gənclər Gününün keçirilmə tarixi haqqında geniş məlumat verdi. Sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Teymurov Nəsimi də öz növbəsində iştirakçıları təbrik etdi. İsmayıllı gənclərinin uğurlarından danışdı. Gənclər üçün təşkil edilmiş çay süfrəsi ətrafında müzakirələr aparıldı. Rəsmi hissədən sonra bəddi hissə ilə tədbir davam etdi

Keçidlər