Şriftin ölçüsü :

Saytın rəngi :

Kompüter oyunları üzrə X Azərbaycan çempionatının Dağlıq Şirvan zona mərhələsi

19 avqust 2016 | 16:00

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AZ KOMA (Azərbaycan Kompüter Oyunları Milli Assosiasiyasının) birgə təşkilatçılığı ilə avqustun 19-da  kompüter oyunları üzrə gənclər arasında X Azərbaycan Milli Çempionatının Dağlıq Şirvan zonası mərhələsi keçirilib. 
Azərbaycan Kompüter Oyunları Milli Assosiassiyasının Prezidenti Ramin Əliyev  və Tədbiri  İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov tədbirdə çıxış edərək oyunlar barədə ətraflı məlumat verib, iştirakçılara uğur arzulayıb.
Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ucar, Kürdəmir rayonlarının komandaları arasında keçirilən yarışda İsmayıllı komandası birinci yeri tutaraq  Bakı şəhərində keçiriləcək Respublika final məərhələsinə vəsiqə qazanıb.
       Fərdi oyun olan “FİFA 16” mərhələsində isə İsmayıllı rayonundan Elburus Hüseynov bütün rəqiblərini üstələyərk birinci yerə çıxıb və fərdi oyunların final mərhələsində iştirak etmək hüququna nail olub.
        Qaliblər Assosiyasiyanın diplomları ilə təltif edilib.

Keçidlər