Şriftin ölçüsü :

Saytın rəngi :

Uşu idman növü üzrə Azərbaycan birinciliyi keçirilir

20 avqust 2016 | 16:00

İsmayıllı  Olimpiya İdman  Kompleksində  Azərbaycan  Respublikası  Gənclər və İdman Nazirliyi və UŞU Fedarasiyasının  birgə təşkilatçılığı ilə 20-21 avqust  2016-ci il tarixlərdə  Uşu idman növü üzrə Azərbaycan birinciliyi keçirilir. Yarışda  müxtəlif  şəhər və rayonlardan olan 94 nəfər idmançı  öz  qüvvələrini  sınayacaqlar.  20 avqust 2016-ci il tarixdə İsmayıllı Olimpiya  İdman Kompleksində  çempionatın rəsmi açılışı olmuşdur.  Azərbaycan  Uşu  Fedarsiyasının  Prezidenti  Azər Həsənsoy  tədbiri  açıq  elan edərək idmançılara uğurlar arzulamışdır. Sonra  İsmayıllı rayon Gənclər  və  İdman  İdarəsinin  rəisi  Taleh  Salehov,  Rayon  İcra Hakimiyyətinin baş  məsləhətçisi   Nəsimi  Teymurov  çıxış  edərək  dövlət  tərəfindən  idmana olan diqqət və qayğıdan danışaraq idmançılara müvəffəqiyyətlər  arzulamışlar. Tədbir  21  avqust  2016-cı il tarixdə yekunlaşacaqdır.

Keçidlər